Bütün dünyanı  təşvişə salan koronavirusun qarşısını almaq məqsədi ilə Hindistanda da çox sayda insanın bir yerə toplanması qadağan edilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu qadağanı pozan bir qrup insan isə məscidə gedərək namaz qılıb. Polis isə həmin şəxsləri cəzalandırmaq məqsədi ilə döyüb.

Belə ki, yayılan görüntülərdə məscidin qapısında dayanan maskalı polisin içəridən çıxan şəxslərə çubuqla hücum etdiyi görünür. Namaz qılmağa gələn insanlar isə canlarını qurtarmaq üçün qaçıblar.

Qeyd edək ki, Hindistanda koronavirusa 1024 nəfər yoluxub, 27 nəfər isə bu səbəbdən ölüb.