Koronavirusun ən çox ziyan vurduğu ölkə olan İtaliyada koronavirusa yoluxanların sayı 100 mini ötüb.

Unikal.org xəbər verir ki, bu səbəbdən ölənlərin sayı isə 24 saat ərzində 812 nəfər artaraq 11 mini keçib. Həmçinin dünyada koronavirusa yoluxanların ümumi sayı 750 minə çatıb. 

Qeyd edək ki, İtaliya ilə bərabər digər Avropa ölkələrindən Hollandiya və İspaniyada da koronavirusdan ölənlərin sayı sürətlə artmaqdadır.