Göyçayda mal-qara ferması yanıb.

Unikal.org xəbər verir ki, hadisə rayonun Qarayazı kəndi ərazisində baş verib.

Belə ki, 1955-ci il təvəllüdlü Qasımov Yaşar Xanlar oğluna məxsus fermada baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi yollanıb.

Hadisə zamanı fermanın 250 kvadratmetrlik hissəsi və tövlənin 85 kvadratmetrlik hissəsi yanaraq kül olub, 220 kvadratmetrlik hissə alovdan mühafizə edilib.

Yanğının hansı səbəbdən baş verdiyi məlum olmayıb.

Faktla bağlı araşdırma aparılır.