Sürətlə dünyaya yayılan yeni növ koronavirus (COVID-19) ilk dəfə olaraq Çində aşkarlanmışdı.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Çin artıq rəsmi şəkildə koronavirus pandemiyasına qalib gəldiyini açıqlayıb. Məlumata görə, Çində koronavirusa yeni yoluxma hallarına rast gəlinməyib.

Bu xəbərdən sonra Çinin Muxtar Monqol Bölgəsində 370 min tələbə yenidən məktəblərə qayıdaraq dərslərə başlayıb.