ABŞ ordusunda koronavirusa yoluxanlardan ilk ölüm hadisəsi qeydə alınıb.

Unikal.org xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə naziri Mark Esper açıqlamasında bildirib.

O qeyd edib ki, ölən hərbi qulluqçu Milli Qvardiyada xidmət edib.

"Bu, hərbi ictimaiyyətimiz üçün acınacaqlı bir itkidir. Ailəsinə, dostlarına, mülki həmkarlarına bütün Milli Qvardiya adından başsağlığı veririk", deyə nazir əlavə edib.