Bütün dünyaya yayılan koronavirus hadisəsi Cənubu Koreyada bir gündə 25 nəfərdə yoluxma halı aşkarlanıb.  

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi yanında Xəstəliklərin Profilaktikası və Nəzarəti üzrə Mərkəz bildirib.

Məlumata görə, ölkədə 180 xəstə sağalıb, koronavirusa yoluxanların ümumi sayı son 24 saatda 25 nəfər artaraq  9 786 nəfərə çatıb, 162 nəfər virusun qurbanı olub.

Cənubi Koreya epidemiologiya təhlükəsini ən yüksək səviyyəyə qaldırıb. Tequ şəhəri və Kyonsan-Pukto əyalətinin üç şəhəri xüsusi karantin rejimi tətbiq olunub.

Qeyd edək ki,  vətəndaşlardan aprelin 5-dək öz evlərini tərk etməmək, idman, əyləncə və dini müəssisələri bağlamaq xahiş edilib.