Almaniyada daha 5 nəfər koronavirus infeksiyasının qurbanı olub.

Unikal.org xəbər verir ki, ölkədə virusdan ölənlərin sayı 650-yə çatıb.

Bundan başqa, koronavirus daşıyıcılarının rəsmi sayında da artım qeydə alınıb. Məlumata görə, daha 166 nəfərdə koronvirus aşkarlanıb. Beləliklə, ölkədə virus daşıyıcılarının rəsmi sayı 67 051 nəfərə çatıb.