Türkiyənin Antaliya şəhərində cinayət hadisəsi baş verib. 

Unikal.org məlumat verir ki, Antalyadakı universitetdə fəlsəfə üzrə təhsil alan 21 yaşlı qızın kirayə qaldığı evdə cansız bədəni tapılıb.

Hadisə yerinə cəlb olunan polis işçiləri gənc qızın boğazından güllə yarası alaraq öldüyünü bildiriblər.

Faktla bağlı araşdırma aparılır.