İranın Məşhəd şəhərində yeni doğulmuş körpədə koronavirus (COVID-19) aşkarlanıb.

Unikal.org İran KİV-ə istinadən xəbər verir ki, Meşhed Sağlamlıq Elmləri Universitetinin Prof. Əhməd Şah Ferhat mətbuata açıqlamasında  “Körpəni (COVID-19) daşımaqda şübhəli bir ana doğub. Nəticə də müsbət oldu” deyə bildirib. 

İmam Rza Xəstəxanasında müalicə altına alınan körpənin 900 qram olaraq doğulduğunu söyləyən Ferhat, “Körpə doğulandan ilk 24 saatda nəfəs almaqda çətinlik çəkirdi. Tibbii müayinə zamanı onda virusun əlaməti müsbət çıxdı. Ana və yeni doğulmuş körpə karantinə alınıb”

Qeyd edək ki, İranda koronavirus səbəbi ilə 2 min 757 nəfər həyatını itirib, 41 min 495 nəfərdə isə virusa yoluxma halı baş verib.