İranda son iki ayda saxta spirtli içkilər səbəbindən 3 117 nəfər zəhərlənib.

Unikal.org-un məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, onların 1066 nəfəri xəstəxanalarda müalicə alır.

Xəstəxanalara yerləşdirilən 73 nəfəri reanimasiya şöbəsindədir.

Cahanpur əlavə edib ki, 62 nəfər görmə qabiliyyətini itirib, 284 nəfər isə dializ olunub.

Nazirlik rəsmisi 320 nəfərin saxta spirtli içkilərdən istifadə etməsi nəticəsində öldüyünü bildirib.

Qeyd edək ki, İranda  44 min 606 nəfərin koronavirusa yoluxduğu, 2898 nəfərin öldüyünü və 14 656 nəfərin sağaldığı deyilir.