ABŞ-da xəstəxanaların birində koronavirusun yaratdığı fəlakətlərdən dolayı amerikalı həkimlər xəstəxana dəhlizində diz çökərək ağlayıblar.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, pandemiya qarşısında çarəsiz qalan tibb işçiləri səhiyyə ocağının dəhlizinə çıxaraq Allaha dua edərək yardım istəyiblər. 

Həkimlərin bu çağırışı anbaan  kameralara əks olunub. “Hazırda səndən başqa heç kimimiz yoxdur. Fəryadımızı duy və dünyaya toxun. Dərsimizi almışıq”, - həkimlər tanrıya belə yalvarıblar.

Qeyd edək ki, ABŞ-da indiyədək 164 000-dən çox insana koronavirus  yoluxub, virusdan ölənlərin sayı isə 3 000-i ötüb.   

 

Gülayə Mecid