1977-1979-cu illərdə Konqo Respublikasını idarə edən keçmiş prezident Jak Joachim Yhombi Opango koronavirusdan həyatını itirib. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Opangonun oğlu Jean-Jacques Yhombi Opango, mətbuata açıqlamasında atasının dünən Parisdəki Neuilly-sur-Seine Amerika Xəstəxanasında, “COVID-19” səbəbiylə öldüyünü bildirib.

81 yaşında vəfat edən Opango uzun illərdir ki, müxtəlif xəstəliklərdən əziyyət çəkib.