Son sutka ərzində Türkiyədə 2 704 nəfərin koronavirusa yoluxması halı aşkarlanıb.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlama verib. Belə ki, Türkiyədə koronavirusa ümumi yoluxanların sayı 13 531 nəfər, bu səbəbdən dünyasını dəyişənlərin sayı isə 214-ə çatıb.

Son 24 saat ərzində isə 46 nəfər koronavirusdan ölüb.