On minlərlə insanın ölümünə səbəb olan yeni növ koronavirus (COVID-19) Türkmənistanda aşkarlanmayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ölkə rəhbərliyi dövlət mediasında "koronavirus" sözünün işlədilməsini qadağan edib. Həmçinin Türkmənistan Səhiyyə Nazirliyinin insanlara payladığı bukletlərdə də dəyişiklik olunub.

Belə ki, daha öncə paylanılan bukletlərin üzərində koronavirusla bağlı məlumatlar var idi. Yeni paylanılan bukletlərdə isə koronavirusla bağlı bütün məlumatların çıxarıldığı bildirilib.