UEFA Türkiyənin "Başakşəhər" futbol klubunu 1500 avro məbləğində cərimələyib.

Unikal.org xəbər verir ki, buna səbəb İstanbul klubu azarkeşlərinin Avropa Liqasının 1/8 final mərhələsində "Kopenhagen"lə oyun zamanı fişəng yandırmaları olub. Cərimə 90 gün ərzində ödənilməlidir.

Qeyd edək ki, martın 12-də Türkiyədə keçirilmiş görüş "Başakşəhər"in qələbəsi ilə yekunlaşıb. Cavab görüşü koronavirus səbəbindən təxirə salınıb.