Çində ortaya çıxan yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı sürətlə artmaqdadır.

Unikal.org xəbər verir ki, son açıqlanan rəqəmlərə görə 13 531 nəfərin koronavirusa yoluxduğu Türkiyədə virusa qarşı tədbirlər davam etdirilir. Sakarya bölgəsində yaşayan bir cütlük isə koronavirusdan qorunmaq üçün maraqlı üsula əl atıb.

Belə ki, 63 yaşlı İsmail Çetin 4 ay öncə yaşadığı məhhələdəki ağacın üzərində ev tikmək qərarına gəlib. 60 yaşlı həyat yoldaşı Fatma Çetin də diabet xəstəsi olduğu üçün onlar artıq ağac evə köçüblər.

İnsanları evdə qalmağa çağıran İsmail Çetin "Yaşamaq gözəldir, heç kim ölmək istəməz. Buna görə də təmiz hava və bol günəş şüasının olduğu təbiətə köçtük, burada yaşamağa başladıq" sözlərini deyib.