Somalinin sabiq Baş Naziri Nur Həsən Hüseyn koronavirusdan vəfat edib.

Unikal.org xəbər verir ki,  o Londonda müalicə olunduğu xəstəxanada ölüb.

Sabiq Baş Nazirin oğlu atasının Böyük Britaniyada dəfn olunacağını bildirib.

Qeyd edək ki, Nur Həsən Hüseyn 2007-2009-cu illərdə Somalinin Baş Naziri olub.