Çində ortaya çıxan və bütün dünyada yayılan koronavirus ABŞ-da təsirini davam etdirir.

Unikal.org məlumat verir ki, ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sonra Rusiya koronavirusla mübarizənin bir hissəsi olaraq ABŞ-a tibbi yardım göndərib. 

Belə ki, Rusiya Xarici İşlər Nazirliyi, dünyada koronavirusla mübarizənin ən çox olduğu ABŞ-a göndərilən tibbi ləvazimatların görüntülərini paylaşdı.