Koronavirusun ciddi şəkildə yayıldığı ölkələrdən biri olan İranda bələdiyyə işçiləri maraqlı üsula əl atıblar.

Unikal.org İran KİV-ə istinadən xəbər verir ki, onlar insanlarla fiziki məsafənin saxlanılması üçün "əzrail" geyimləri ilə küçəyə çıxıblar. Onlar insanların böyük marağına səbəb olub. 

Qeyd edək ki, İranda koronavirusdan ölənlərin sayı son 24 saatda 138 nəfər artaraq 3 036-a çatıb.