İngiltərədə heç bir sağlamlıq problemi olmadığı bildirilən 13 yaşlı bir uşaq, koronavirus səbəbiylə həyatını itirib.

Unikal.org məlumat verir ki, 13 yaşlı İsmayıl Məhəmməd Abdulvəhəb adlı  uşağın ölümü İngiltərədəki koronavirusun ən gənc qurbanı olub.

Ailəsinin açıqlamasında “İsmayıl simptomlar göstərməyə başladı və nəfəs almaqda çətinlik çəkdi. Xəstəxanaya apardıq . Əvvəlcə bir respiratora bağlandı, sonra süni komaya salındı, amma təəssüf ki o həyatını itirdi” deyə bildiriblər.  

Qeyd edək ki, 13 yaşlı uşağın ölümü İngiltərədəki ən gənc koronavirus ölümü olub.