Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ilk onlayn iclası keçirilib.

Unjikal.org-un xəbərinə görə, iclasda karantin dövründə mobil bankomatların yaradılması və bir bankın kartı ilə digər banklardan nağd çıxarış edilən zaman faizlərin tutulmaması ilə bağlı məsələ qaldırılıb.

Məsələ ətrafında komitə üzvləri - İqbal Məmmədov, Elnur Allahverdiyev, Məşhur Məmmədov və digər deputatlar çıxış edib və fikirlərini bildiriblər.

Daha sonra qeyd edilən məsələlərlə bağlı müvafiq orqanlara, hökumətə müraciət edilməsi ilə bağlı qərar qəbul edilib.