“Bildiyimiz kimi, koronavirus pandemiyası bütün dünyanın həyatını iflic vəziyyətə salıb. Dünyanın ən qabaqcıl ölkələri ABŞ, İtaliya, İspaniya bu virus qarşısında aciz vəziyyətdə qalıb”. 

Bu barədə Unikal.org-a açıqlama verən Milli Məclisin deputatı Cavid Osmanov deyib ki, Azərbaycanda bu virus yayılan ərəfədə cənab Prezidentin tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb və önləyici tədbirlər həyata keçirilir: 
“Təhsil müəssisələrində tədris prosesi dayandırıldı, ticarət mərkəzləri bağlanıldı, qabaqlayıcı tədbirlər gorülür. Bu gecədən ciddi karantin tədbirləri tətbiq olunur, Bakı metrosunun fəaliyyəti dayandırıldı, zərurət olmadığı halda insanların çölə çıxmasına qadağa qoyulub. Cənab Prezidentimiz karonavirus pandemiyasına görə iqtisadiyyatımıza təsirini azaltmaq üçün vəsait ayırdı. Eyni zamanda, Koronavirusla mübarizə üçün fond yaratdı. Bir illik əmək haqqını həmin fonda köçürdü. Həmçinin, birinci vitse-prezident Mehriban Əliyeva da bir illik əmək haqqını bu fonda bağışladı. Bundan sonra böyük şirkətlər, ictimai-siyasi xadimlər, vətəndaşlar həmrəylik göstərərək bu fonda ianələr köçürməyə başladılar. Cənab Prezident İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul elədi. Prezident həmin görüşdə tapşırıq verdi ki, bu həftədən etibarən sahibkarlara və aztəminatlı ailələrə yardımlar edilməyə başlanılsın. Prezident sahibkarlara çağırış etdi ki, heç kəsi işdən çıxarmasınlar, onların əmək haqqlarını versinlər. Dövlət sahibkarlara dəstək məqsədi ilə lazımi addımları atacaq”. 

Millət vəkili onu da qeyd edib ki, ölkə başçısı tərəfindən bu virusun qarşısının alınması məqsədi ilə zamanında bütün zəruri addımlar atılıb. O bildirib ki, Azərbaycan dövləti vətəndaşları, hüquqi, fiziki şəxsləri, eyni zamanda, sahibkarları qoruyur: 
“İnsanlar da öz sosial məsuliyyətlərini dərk edərək bütün karantin rejiminə əməl etməlidirlər. Həmçinin, sahibkarlar işçilərə əmək haqqı verməlidir. Azərbaycan Prezidenti atdığı addımları başqa ölkə rəhbərləri bizdən bir neçə gün sonra tətbiq edirlər. Cənab prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın atdığı addımları yüksək qiymətləndirmək lazımdır. Ölkə rəhbərliyi sağlam gələcəyimiz üçün nə lazımdırsa edir ki, bu virusun yayılmasının qarşısı alınsın. İnsanlar da məsuliyyətli olmalıdırlar ki, öz yaxınlarını, ailə üzlərini və cəmiyyətimizi bu bəladan qorusunlar”.
 

Famil Fərhadoğlu