Yeni növ koronavirus (COVID-19) pandemiyasının qarşısını almaq üçün bütün dünyada müəyyən tədbirlər həyata keçirilir.

Unikal.org xəbər verir ki, artıq Özbəkistanda da 65 yaşdan yuxarı olan şəxslərin evdən çıxmaları qadağan olunub. Bu qadağanın bu gündən qüvvəyə mindiyi bildirilib.

Qeyd edək ki, Özbəkistanda 173 nəfər koronavirusa yoluxub, onlardan 2-i bu səbəbdən dünyasını dəyişib.