"Victoria's Secret"in məşhur modeli Aleksina Qrem (Alexina Graham) koronavirusa yoluxub.

Unikal.org xəbər verir ki, model xəstəxanaya yerləşdirilib.

Model sosial şəbəkədə temperaturunun yüksək olduğunu və nəfəs darlığı çəkdiyini deyib. Həmçinin o, səhhətinin pis olmadığını və xəstəxanada müalicəsinin davam etdiyini bildirib.

Virusa görə ABŞ-dan ölkəsi İngiltərəyə gələn Aleksina Qrem bütün işlərini təxirə salmışdı.