Gürcüstanda koronavirusa yoluxanların sayı 117 nəfərə çatıb.

Unikal.org xəbər verir ki, hazırda bu ölkədə 5783 nəfər karantindədir, 301 nəfər isə stasionar nəzarətdə saxlanılır.

Qeyd edək ki, Gürcüstanda koronavirus xəstələrindən 23 nəfəri sağalaraq evə buraxılıb.