Bazarda baş verən yanğın söndürülüb.

Unikal.org xəbər verir ki, FHN əməkdaşları tərəfindən ərazidə konstruksiyaların soyudulması prosesi həyata keçirilir. 

00:56

xxx

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Sabunçu rayonu, S.Qocayev küçəsində tikinti materialları bazarında yanğın olması barədə məlumat daxil olub. 

Unikal.org-un FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. 

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.