Avstraliyada yeni növ koronavirus (Covid-19) nəticəsində ölənlərin sayı 23-ə, yoluxanların sayı 5 min 105-ə yüksəlib.

Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, Queensland və Victoria Dövlət Səhiyyə nazirliklərinin verdiyi açıqlamada, son 24 saatda koronavirusdan 85 yaşlı kişi və 70 yaşlı qadının müalicə aldığı xəstəxanada  həyatını itirməsi səbəbi ilə ölənlərin sayı 23-ə çatıb. 

Qeyd edək ki, bu günə kimi Avstraliyada koronavirusa yoluxanlardan 422 nəfər tam sağalaraq evinə buraxılıb.