Özbəkistanda koronavirusa yoluxanların sayı son sutkada 6 nəfər artıb.

Unikal.org xəbər verir ki, məlumatı aprelin 2-də Özbəkistanın Səhiyyə Nazirliyi yayıb.

Məlumata görə, ölkə üzrə virusa yoluxanların sayı 187-yə çatıb.

Bildirilib ki, ilk yoluxma faktı martın 15-də qeydə alınıb. Fransadan Özbəkistana qayıdan şəxsdə COVİD-19 aşkarlanıb. Aprelin 1-nə olan məlumata əsasən, Özbəkistanda   COVID-19-dan 2 pasiyent ölüb.