"Sahibkarlara müraciət edirəm ki, bacardığınız qədər onlayn iş rejiminə keçin. Bir idarənin içində 60 nəfər işləyirsə, o demək deyil ki, hamının təması mütləqdir".

Unikal.org xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva brifinqdə çıxışı zamanı deyib.

TƏBİB rəsmisi qeyd edib ki, bütün müəssisələr çağırışlarımıza əməl etməlidir.