"Taksi sürücüləri ilə maşına 4 müştərinin götürülməməsi ilə bağlı daima söhbət aparılır".

Unikal.org xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

O həmçinin bildirib ki, maşınların salonlarının dizenfeksiya edilməsi məsləhət görülür: "Əgər qaydaları pozan şəxs olsa onlar barədə müvafiq tədbirlər görüləcək".

Brifinqdə çıxış edən Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli isə əlavə edib ki, bu günə qədər taksi kimi fəaliyyət göstərən 12 minə yaxın nəqliyyat vasitəsi dezinfeksiya olunub.