Çinin Uhan şəhərində ortaya çıxan və qısa müddətdə bir çox ölkəyə yayılan koronavirus epidemiyası can almağa davam edərkən Nigeriyanın cənub-şərqində yeni xolera epidemiyası sürətlə yayılmağa davam edir. Xolera epidemiyası səbəbində 21 nəfər dünyasın dəyişib. 

Unikal.org xəbər verir ki, Dünya Səhiyyə Təşkilatının (ÜST) bu ölkə üzrə koordinatoru Eyo Nora, mətbuata açıqlamasında xəbəri təsdiqləyib.

Bildirib ki, əyalətdəki xolera epidemiyası səbəbindən 21 nəfər dünyasın dəyişib, virusa yoluxduğundan 155 nəfər müalicə alır. 

Hazırda bölgəyə  təcili dərman və tibbi ləvazimatlarla təmin edilməsi istiqamətində işlər aparılır.