İsrailin baş naziri Benyamin Netanyahu koronavirus səbəbiylə bir həftəliyinə karantinə alınıb.

Unikal.org İsrail KİV-inə istinadən xəbər verir ki, məlumatı İsrail baş nazirinin Mətbuat Xidməti yayıb.

Belə ki, hökumət başçısı aprelin 8-dək karantində saxlanılacaq. Buna səbəb bir müddət əvvəl İsrailin səhiyyə naziri Yaakov Lisman və həyat yoldaşında koronavirusun aşkarlanması olub.

Ona görə də İsrail Səhiyyə Nazirliyinin təqdimatına uyğun olaraq Benyamin Netanyahunun karantinə alınması barədə qərar qəbul olunub.