Belçikada daha 1 384 nəfər koronavirusa yoluxub.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Böhran Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Belçikada virusa yoluxanların rəsmi sayı 15 348 nəfərə çatıb.

Pandemiya qurbanlarının sayı isə son sutkada 183 nəfər artaraq 1 011-ə çatıb.

Bundan başqa, sağalanların sayında da artım müşahidə edilib. Belə ki, ölkədə koronavirusa qalib gələnlərin sayı 2 495 nəfərə yüksəlib.

Böhran Mərkəzindən vurğulanıb ki, dünyasını dəyişənlərin 40%-i yaşı 80 və daha çox olan, 93%-i isə yaşı 65 və daha çox olan insanlardır.