ABŞ-ın Şimali Karolina ştatında maraqlı hadisə baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Robert Skott adlı ata 3 qız övladına "1 aprel" zarafatı edib. Belə ki, o, məktəbli qızlarına koronavirus pandemiyası səbəbindən dayandırılan dərslərin yenidən başladığını deyib.

Ertəsi gün səhər saatlarında oyanan qızlar məktəb servisini gözləyərkən bir-birilərinə "Bu gün hansı gündür?" sualını veriblər. 1 aprel olduğunu xatırlayan qızlar əsəbi halda atalarına qışqırıblar.