Türkiyədə magistral yollardan birində təhlükəli anlar yaşanıb.

Unikal.org xəbər verir ki, Bursa-Ankara yolunda hərəkət halında olan bir yük avtomobilinin arxa təkərləri yüksək səslə partlayıb. O, bu vəziyyətdə 10 kilometr irəliləyib. 

Yük avtomobilinin sürücüsü bununla digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atıb.

Həmin görüntülər digər sürücülər tərəfindən lentə alınıb.