Almaniyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı daha da artıb.

Unikal.org xəbər verir ki, bu gün ölkədə 6,619 şəxsdə virus aşkarlanıb. Bununla da Almaniyada infeksiyaya yoluxanların sayı 84,600-ə çatıb.

Qeyd edək ki, Almaniya bu göstərici ilə koronavirusun vüsət aldığı Çini (81,589) geridə qoyub.

Bundan öncə, İtaliya, ABŞ və İspaniya yoluxma sayına görə Çini ötmüşdü. Hazırda pandemiyanın daha çox yayıldığı ölkələr ABŞ, İtaliya, İspaniya, Almaniya, Çin, Fransa, İran, Böyük Britaniya, İsveçrə və Türkiyədir.