ABŞ Prezidenti Donald Tramp yenidən koronavirus testindən keçib və nəticə mənfi olub.

Unikal.org xəbər verir ki, bu barədə “Reuters” Trampın həkimi Şon Konlinin açıqlamasına istinadən məlumat yayıb.

Həkim analiz üçün yeni ekspress-test üsulundan istifadə edildiyini bildirib, nəticə də 15 dəqiqədən sonra əldə olunub: “O sağlamdır, koronavirus xəstəliyinin əlamətləri yoxdur”.

Qeyd edək ki, D.Tramp koronavirus testindən ilk dəfə martın 14-də keçib.