Latın Amerikası ölkələri arasında epidemiyadan ən çox təsirlənən Braziliyada yeni növ koronavirus (COVID-19) nəticəsində ölənlərin sayı 299-a  yüksəlib. 

Unikal.org Braziliya KİV-ə istinadən məlumat verir ki, Braziliya Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, ölənlərin sayı 299-a çatıb, yoluxanlatın ümumi  sayı 7 min 910-a yüksəlib. 

Belə ki,  son 24 saatda ölkədə “COVID-19” səbəbiylə 57 ölüm hadisəsi baş verib. 

Braziliyanın və Cənubi Amerikanın ən böyük şəhəri olaraq bilinən və epidemiyadan ən çox təsirlənən Sao Pauloda, “COVID-19”dan ölənlərin sayı 188-ə, hadisələrin sayı 3550-ə çatıb.

Ölkənin cənub və cənub-şərqindəki əyalətlərin qubernatorları prezident Jair Bolsonaro-nı “iqtisadi çöküşdən” xilas olmaq üçün “təcili tədbirlər” ə başlamağa çağırəblar.

Qeyd edək ki, martın 18-də ölkədə epidemiyanın ən çox yayıldığı Rio-de-Janeyro və San-Paulu ştatlarında fövqəladə vəziyyət elan edilib.