İngiltərənin "Norviç" klubunda oyunçusu Timm Kloze "Instagram"dakı paylaşımı ilə özünü biabır edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, karantində gününü necə keçirdiyini izləyicilərinə göstərmək istəyən isveçrəli futbolçu foto paylaşıb.

Bu zaman onun kompyuterin ekranında porno sayt açıq qalıb və fotoda saytın adı görünüb. Kloze görüntünü paylaşdıqdan sonra sosial media istifadəçiləri onu ələ salıb. 

Futbolçu təcili şəkildə paylaşımı silib.