Türkiyənin Van şəhərinin Tusba rayonunda 4,7 bal gücündə zəlzələ olub.

Unikal.org xəbər verir ki, bunu ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi açıqlayıb.

Məlumata görə, yeraltı təkanlar aprelin 3-də Bakı vaxtilə saat 09:44-də baş verib. Zəlzələnin ocağı 13 km dərinlikdə yerləşib.

Ölən və xəsarət alanların olub-olmaması, həmçinin dağıntı barədə hələlik məlumat verilməyib.