Çinin Uhan şəhərində meydana gələn və qısa zamanda dünyaya yayılan koronavirus Avropa qitəsinə daha çox təsir göstərib. 

Unikal.org xəbər verir ki, dünyadakı itkilərin 70% -i və hadisələrin yarısından çoxu Avropadadır. 

Belə ki, Avropada koronavirusdan həyatını itirənlərin sayı 40 minə yaxınlaşıb. Yoluxanların sayı isə 500 mini keçib. 

Avropada koronavirusun ən çox yayıldığı ölkə İtaliyadır. Həyatını itirənlərin sayı 14 minə, yoluxanların  sayı 115 mindən çoxdur.