Çinin Uhan şəhərində meydana gələn koronavirus xəstəliyi yayılmağa davam edir. Son günlərdə virusun təsiri Çində azaldığı qeyd olunsa da  virus yenidən baş qaldırıb. 

Unikal.org məlumat verir ki, Çinin mərkəzində 640 min əhalisi olan Jia şəhəri koronavirus səbəbiylə yenidən karantinə alınıb.

Belə ki,  Jia şəhərində bir qadında koronavirus testinin müsbət çıxmasından sonra əraziyə yenidən karantin qoyulub.

Qeyd edək ki, son 24 saat ərzində Çində 4 nəfər virusun qurbanı olub.