"Kütləvi informasiya vasitələrinin əməkdaşlarının sistemdə qeydiyyata düşməsinə ehtiyac yoxdur. Onlar rahat şəkildə hərəkət edə bilərlər".

Unikal.org-un məlumatına görə, bunu Azərbaycana Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov söyləyib:

"Hər kəs bilməlidir ki, hətta sistemdə qeydiyyatı olanlar, olmayanlar, qeydiyyata alınmaqla icazə verilənlər hər biri yalnız öz fəaliyyət sahələri çərçivəsində sərbəst şəkildə hərəkət edə bilərlər. İstər dövlət qurumunun əməkdaşı, istərsə KİV nümayəndələri apteka və ya marketə getdikdə onlar yenə də vətəndaşlar kimi SMS göndərməklə icazə almalıdırlar. Çünki bu hal karantin rejiminə pozulmasıdır və aidiyyəti qurumlar tərəfindən təmin edilir", - deyə o bildirib.