Koronavirusun yeni növü (COVID-19) səbəbiylə Mərakeşdə 47, Livanda 17 nəfər arasında itki, Küveyt, Oman və Fələstində isə hadisələrin sayı artmaqda davam edir. 

Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, Mərakeş Səhiyyə Nazirliyinin saytında yer alan məlumata görə, “COVID-19” səbəbiylə ölkədə daha 3 nəfər həyatını itirərək ümumi itki sayı 47 nəfərə çatıb.

Bundan əlavə, daha 27 nəfərdə virusa yoluxaraq  ümumi yoluxanların sayı 735-ə çatdığı qeyd edilib.

Livan
Livan Səhiyyə Nazirliyinin yazılı açıqlamasında, koronavirusdan daha bir nəfərin həyatını itirdiyi və bununla da ölümlərin 17-yə çatdığı bildirilib. Açıqlamada, ölkə daxilində yoluxanların sayı 14 artaraq 508-ə çatıb.

Küveyt
Küveyt Səhiyyə Nazirliyi, son 75 insanın virusa yoluxduğunu və ümumi sayının 417-ə yüksəldiyini açıqlayıb.

Oman
Oman Səhiyyə Nazirliyindən edilən yazılı açıqlamada, ölkədə 21 yeni hadisənin göründüyü və infeksiyanın ümumi sayının 252 olduğu bildirilib.

Fələstin
Fələstin Hökumətinin sözçüsü İbrahim Milhim verdiyi açıqlamada, daha 10-da “COVID-19”un aşkarlanması ilə ölkədə yoluxanların sayının 171-ə yüksəldiyini söyləyib.