Azad Azərbaycan Televiziyasının (ATV) daha bir məşhur aparıcısı Lalə Azərtaş örnək addımı ilə gündəmə gəlib.

Unikal.org xəbər verir ki, teleaparıcı, Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edərək, addımı ilə bir çoxlarına nümunə olub. L.Azərtaş, indiki şəraitdə həyatlarını təhlükəyə ataraq, fəaliyyət göstərən şəxslərə, o cümlədən tibb işçilərinə öz təşəkkürünü çatdırıb.