Yeni növ koronavirusun (COVID-19) yaratdığı təhlükə səbəbindən əksər ölkələrdə insanların lüzumsuz yerə çölə çıxmaları qadağan edilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, belə ölkələrdən biri də Kolumbiyadır. Artıq 9 gündür insanların yalnız ərzaq və gündəlik təlabat malları almaq üçün evdən çıxa bildikləri Kolumbiyada maraqlı görüntü lentə alınıb.

Belə ki, alış-veriş üçün marketə gələn insanlar virusa yoluxmamaq üçün aralarında müəyyən məsafə saxladıqları üçün yüzlərlə metr uzunluğunda sıra yaranıb.