Türkiyənin Harmanlı qəsəbəsində dəhşətli qəza baş verib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Bolqarıstandan Türkiyəyə getmyəə açlışan 22 "TIR" və bir polis avtomobili bir-birinə girib. Baş verən zəncirvari qəza nəticəsində 2 nəfər dünyasını dəyişib, 40 nəfər isə xəsarət alıb.

Onlardan birinin Türkiyə vətəndaşı olduğu məlum olub. Qəzanın duman və yağış səbəbindən baş verdiyi bildirilib. 

Hadisə yerinə təcili yardım və xilasetmə qrupları cəlb olunub.