Göyçay şəhərində yol qəzası baş verib.

Unikal.org xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb. "Chevrolet" markalı minik avtomobili 2 saylı şəhərarası marşrut üzrə hərəkət edən "Mercedes" markalı sərnişin mikroavtobusu ilə toqquşub. Hadisə zamanı mikroavtobusun sürücüsü, 1976-cı il təvəllüdlü Əhmədov Əli Rasim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Minik avtomobilinin sürücüsü isə yüngül xəsarət alıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Famil Fərhadoğlu