Koronavirus infeksiyasına yoluxan "Milan" klubunun futbolçusu Daniel Maldini sağalıb.

Unikal.org xəbər verir ki, bu barədə 18 yaşlı hücumçu "İnstaqram" hesabında məlumat yayıb.

"Hər şey qaydasındadır. Artıq məndə simptomlar yoxdur. Fərdi məşqləri davam etdirirəm", - deyə o bildirib.

Qeyd edək ki, Daniel Maldini "Milan"ın texniki direktoru Paulo Maldininin oğludur.