Hindistanda polis məmuru əhalini məlumatlandırmaq və fərqlilik yaratmaq məqsədi ilə virusun üstünə rəsmini çəkdiyi atla küçələri dolanıb.

Unikal.org xəbər verir ki, ölkənin Andra Pradeş əyalətinin Kurnol şəhərindəki polis məmuru atının üstünə kırmızı boya ilə koronavirusun tac şəkilli görüntülərini çəkib. Polis küçələri gəzərək əhalini məlumatlandırıb və onları evdə qalmağa səsləyib.

Qısa zaman ərzində Maruti Sankar adlı polisin görüntüləri sosial mediada yayımandıqdan sonra heyvan haqlarını müdafiə edən insanlar məmuru tənqid ediblər. Tənqidləri qəbul etməyən Sankar bu barədə açıqlama verərək atın yaralanmadığını və ya qamçı ilə zərər görmədiyini deyib.

Onun məqsədi kənddə telefonu və internetlə əlaqəsi olmayan əhaliyə koronavirusun rəsmlərini göstərmək olub.